Ana Sayfa > Xəbər > Sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun məhkəməsi təxirə salındı

Sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun məhkəməsi təxirə salındı


22-01-2016, 14:47. Yazar: admin
Sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun məhkəməsi təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesə şahid Tərlan Yusifov gəlmədiyi üçün məhkəmə yanvarın 29-a təxirə salınıb.

Qeyd edək ki, M.Səlimov 2014-cü ilin noyabrında həbs olunub. O, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib.

M.Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb və onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Geri dön