Ana Sayfa > Xəbər > Bu müsəlman ölkəsində 13 min kişinin saqqalını qırxdılar - 1700 qadının çadrasını çıxardılar

Bu müsəlman ölkəsində 13 min kişinin saqqalını qırxdılar - 1700 qadının çadrasını çıxardılar


22-01-2016, 14:31. Yazar: admin
Bu müsəlman ölkəsində 13 min kişinin saqqalını qırxdılar - 1700 qadının çadrasını çıxardılar
Tacikistanda Orta Asiya öləklərindən gələn "radikal islam"la mübarizə iddiası ilə kütləvi saqqal qırxma əməliyyatı başlayıb.

Dövlət agentliyinin məlumatına görə, son həftələr ərzində “ölkəni yad təsirlərdən qorumaq tədbirləri” çərçivəsində polis 13 min kişinin saqqalını qırxıb.

Avropa.info xəbər verir ki, kütləvi saqqal taraşına saqqalalrı çox uzun yaxud köhnə modalı olması əsas gətirilib.

Bundan əlavə, polis 1700 qadını çadrasını çıxarmağa “inandırarkən”, 89 qadını da çadra geyərək fahişəliklə məşğul olmaq ittihamı ilə həbs edib. Qara çadra satan 169 mağaza da bağladılıb.

Tacik parlamenti keçən il doğulan uşaqlara ərəbcə adların verilməsini qadağan etmişdi.

Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə tək islamçı partiya sayılan “İslami dirçəliş” partiyası da qapadılmışdı.

Geri dön