Ana Sayfa > Xəbər > Çin Fələstin dövlətinin yaranmasını istədi

Çin Fələstin dövlətinin yaranmasını istədi


22-01-2016, 14:11. Yazar: admin
Çin Fələstin dövlətinin yaranmasını istədi
1967-ci il sərhədləri çərçivəsində tam müstəqil və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik.

Axar.az xəbər verir ki, bunu Çin Prezidenti Si Tsinpin Misir səfəri zamanı Ərəb Dövlətləri Liqasında çıxışında deyib. O, Yaxın Şərqdəki problemləri dialoq yolu ilə həll etməyə çağırıb:

“1967-ci il sərhədləri çərçivəsində tam müstəqil və paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəstəkləyirik. Beynəlxalq cəmiyyət Fələstin xalqına kömək etməlidir. Yaxın Şərqdə qarşıdurmalar sona çatmalı və problemlər dialoq yolu ilə həll olunmalıdır. Fələstinlə İsrail arasında danışıqların təkrar başlaması barədə səyləri dəstəkləyirik”.

Qeyd edək ki, Si Tsinpin İpək Yolu layihəsi üçün Yaxın Şərqdə səfərdədir.

Geri dön