Ana Sayfa > Xəbər > Baş müfti: "Şahmat haramdır"

Baş müfti: "Şahmat haramdır"


22-01-2016, 12:41. Yazar: admin
Baş müfti: "Şahmat haramdır"
Səudiyyə Ərəbistanının Baş müftisi qəribə bir fətva verib. ANS PRESS-in məlumatına görə, Əbdüləziz bin Abdullah əl-Şeyx şahmatın İslama dininə zidd olduğunu açıqlayıb.

Onun sözlərinə görə, şahmatı "haram” və "vaxt itkisi”dir. Bu oyun qumara təşviq edir və onu oynayanlar arasında düşmənçiliyə yol açır.

Hələlik fətvanın tövsiyyə xarakterli olacağı, qadağaya çevrilməyəcəyi gözlənilir.

Bundan öncə bənzər fətvanı İraqın önəmli din xadimlərindən biri - Ayətullah Əli əl-Sistani də səsləndirmişdi. O, bu oyunun ümumiyyətlə qadağan edilməsi gərəkdiyini deyirdi.

Məlumat üçün bildirək ki, şahmat 1988-ci ilə kimi İranda "haram" qəbul edilərək qadağan edilmişdi.
Ancaq İranın keçmiş dini lideri qumar oyunu kimi istifadə edilmədiyi müddətdə şahmata icazə veriləcəyini demişdi. İndi qonşu ölkədə Şahmat Federasiyası da var.

İngiltərənin "The Guardian" qəzeti isə müsəlman bir ölkənin belə fətva səsləndirməsinin təccüblü olduğunu yazıb. "Şahmatı qadağan etməyə yönəlik belə addımlar təəccüblə qarşılanır. Müsəlmanlar şahmatı öyrənərək Avropaya qədər çatdırıblar".

BBC-yə açıqlama verən İngiltərənin şahmat üzrə çempionu Nigel Şort Səudiyyə Ərəbistanının bu oyunu qadağan etməsi riskini böyük faciə kimi dəyərləndirib. "Şahamatın ictimaiyyətə böyük təhlükə olduğunu düşünmürəm".

Geri dön