Ana Sayfa > Xəbər > İngiltərədən Rusiyaya YENİ SANKSİYA

İngiltərədən Rusiyaya YENİ SANKSİYA


22-01-2016, 11:57. Yazar: admin
İngiltərədən Rusiyaya YENİ SANKSİYA
London məhkəməsi rəsmi şəkildə elan edib ki, Aleksandr Litvinenkonun 2006-cı ildə Andrey Luqovoy və Dmitri Kovtun tərəfindən zəhərlənməsində böyük ehtimalla Putinin əli var. Təsadüfi deyil ki, qətlin əsas icraçısı Luqovoy hadisədən 1 il sonra Putinin təlxəyi Jirinovskinin partiyasından deputat seçdirilib, ötən il isə Putin ona “Vətənə xidmətlərə görə” medalını təqdim edib.

Bəs faktın təsdiqlənəcəyi təqdirdə İngiltərə Rusiyaya sanksiyalar tətbiq edə bilərmi? Qərb bundan sonra Moskvanı sıxışdırmağa başlayacaqmı?

Məsələyə münasibət bildirən politoloq Şahin Cəfərli deyib ki, bu Rusiya kimi dünya məsələlərinin həllində rol oynamaq istəyən böyük dövlət üçün biabırçı faktdır:

“Bu, təbii ki, sensasion xəbər deyil, hamı həmin qətlin Rusiya hakimiyyətinin ən yuxarılarında planlaşdırıldığını təxmin edirdi.

Bir müddət sonra 2014-cü ildə Ukrayna səmasında sərnişin təyyarəsinin Rusiya ordusunun hərbçiləri tərəfidən vurulduğu da sübuta yetiriləcək. Rusiya normal ölkə olsaydı, yəqin ki, Putinin siyasi karyerası sona çatardı. Lakin istənilən halda bu məsələnin ciddi siyasi nəticələri olacaq. Əvvəla, Britaniyanın bu faktla bağlı Rusiyaya əlavə sanksiyalar tətbiq edəcəyi və iki ölkə münasibətlərinin pisləşəcəyi gözlənilir”.

Şahin Cəfərlinin sözlərinə görə, Proseslərin gedişatı Rusiyadakı növbəti prezident seçkilərinə də öz təsirini göstərə bilər:

“İkinci və daha mühüm məqam isə ondan ibarətdir ki, Putin dünyada get-gedə təcrid olunur və “izqoy”a çevrilir. “G-8”dən kənarlaşdırılan Putinə böyük dövlətlərin başçıları cüzamlı kimi yanaşmağa davam edəcəklər. Putin 2018-ci ildə ola bilsin ki, öz namizədliyini verməsin və yaxud Rusiyanın “dərin” dövləti onu "könüllü" getməyə vadar etsin. Putinin inadı və yenidən namizədliyini verməsi isə Qərb-Rusiya münasibətlərində gərginliyin davam etməsi demək olacaq. İstənilən variantda bizi Azərbaycana da təsirləri olacaq maraqlı hadisələr gözləyir”.

Geri dön