Ana Sayfa > Xəbər > Amal Kluni ermənilərin oyununda - FAKT

Amal Kluni ermənilərin oyununda - FAKT


21-01-2016, 16:54. Yazar: admin
Amal Kluni ermənilərin oyununda - FAKT
Son zamanlar insan haqları vəkili, dünya şöhrətli aktyor Corc Kluninin (George Clooney) xanımı Amal Kluninin (Amal Clooney) Xədicə İsmayılın vəkili olacağı məsələsi gündəmə gəlib. Azərbaycanda çoxumuzun bundan bixəbər olduğumuz halda, Ermənistanda Klunu-Xədicə söhbəti böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə botlar artıq işə salınıb.

Amal Kluni ermənilərin oyununda - FAKT

Başda Aram Hamparyan olmaqla erməni təşəbbüskarlar, Amal Kluninin NBC telekanalında `Meet the Press` - Mətbuatla Görüş proqramına verdiyi müsahibəsinin Xədicə İsmayılova ilə bağlı olan hissəsinin görüntülərini yayırlar. Özü də azərbaycan dilində alt yazı ilə...



Həmin hissədə Amal Kluni Avropa İnsan Haqları Məhkəməsində jurnalist kimi təqdim etdiyi Xədicə İsmayıla vəkillik edəcəyini deyir.

Ermənilərin bu cür canfəşanlığı açıq-aydın göstərir ki, Amal Kuluni onların `proyekti`dir. Elə adını qeyd etdiyimiz Aram Hamparyan ANCA - Amerika Erməni Milli Komitəsinin üzvüdür. Çox güman ki, bu “layihə”ni maliyyələşdirən də elə ANCA-dır. Pul hərisliyini boğa bilməyən Kluni isə ona təklif olunan yüksək məbləğin qarşılığında Azərbaycana gəlib araşdırmandan, kim olduğunu bilmədiyi bir “cəsur” qadını müdafiə edəcəyini deyir.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə Amal Kluni sevgisi heç də erməni dostlarınınki qədər çox deyil.

Amal Kluni ermənilərin oyununda - FAKT

Low Rider adlı tvitter istifadəçisi “Amal, yəhudilərə xüsusi nifrət bəsləyən bir ailənin üzvüdür. Onun özü də yəhudilərə nifrət edir. O, çox vicdansız, qorxulu bir vəkildir!..”- deyə, ANCA-nın tvitter hesabına etiraz ünvanlayıb.

Bəli, Rider kimi istifadəçilər az deyil, onlar məhz ANCA-ya etiraz edirlər, nə Xədicəyə, nə Amalı efirə çıxaran NBC telekanalına, nə də sözügedən müsahibəni məqsədli şəkildə paylaşan “Amerikanın Səsi”nə...

Geri dön