Ana Sayfa > Xəbər > Bakıda silah əməliyyatı: həbslər var

Bakıda silah əməliyyatı: həbslər var


21-01-2016, 16:51. Yazar: admin
Bakıda silah əməliyyatı: həbslər var
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Bu haqda Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Bakı sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətovun evindən TT markalı tapança və 6 ədəd patron aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsinin əməkdaşları isə Vüsal Ağayevin Balaxanı qəsəbəsindəki evindən silah-sursat aşkarlayıb. Lüləsi və qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi və 13 ədəd patron götürülüb.

V.Ağayevin yaxınlarından biri TOZ-8 markalı nömrəsi silinmiş ov tüfəngini və ona aid nişangahı da könüllü olaraq polisə təhvil verib. Həmin şəxs bu silahın da V.Ağayevə aid olduğunu bildirib.

Geri dön