Ana Sayfa > Xəbər > Cəlilabadda Pakistan vətəndaşının çantası oğurlanıb
Cəlilabadda Pakistan vətəndaşının çantası oğurlanıb21-01-2016, 15:05. Yazar: admin |
Oğurluqda şübhəli bilinən ruhi xəstə saxlanılıb. Virtualaz.org saytı Daxili İşlər Nazirliyinin məlumatına əsasən xəbər verir ki, Cəlilabad rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub. Yanvarın 20-də Cəlilabad rayonunun Uzuntəpə kəndində naməlum şəxs tərəfindən Pakistan vətəndaşı Məhəmməd Sərdari Sultana məxsus içərisində saçqurudan, üzqırxan maşın və masaj edən qurğu olan çantasını açıq talama yolu ilə alınması barədə xəbər daxil olub. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, ruhi xəstə Əjdər Nəhmədov tutulub. Geri dön |