Ana Sayfa > Xəbər > “Heç bilirsiniz, “Coca-Cola” və “Pepsi”nin insana nə qədər ziyanı var?..”
“Heç bilirsiniz, “Coca-Cola” və “Pepsi”nin insana nə qədər ziyanı var?..”21-01-2016, 14:47. Yazar: admin |
Son zamanlar “Coca Cola”, “Pepsi” kimi içkilərə tələbatın azaldığı müşahidə edilir. Bunun bir sıra səbəbləri var. Əsas səbəb kimi, bu növdən olan içkilərin insan sağlamlığına və həyatına ziyan vurmağı, keyfiyyətinin aşağı olması göstərilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bu cür içkilərin erasının çoxdan başa çatdığını və onların insan həyatı üçün çox təhlükəli olduğunu bildirib: ““Coca-Cola”, “Pepsi” kimi içkilərdən istifadə erası əslində çoxdan başa çatıb. Biz bir təşkilat olaraq bu kimi içkilərdən istifadənin ziyanlı olması, xəstəliklərə yol açması haqqında hər zaman maarifləndirmə işləri aparırıq. Amma yenə də istifadə edənlər var. Əgər belə içkiləri istifadə edənlər bilsələr ki, bunların insan orqanizminə nə qədər ziyanı var, şübhəsiz ki, o içkiləri içməzlər”. Eyyub Hüseynov bu içkilərlə bağlı Azad İstehlakçılar Birliyinə tez-tez zənglər daxil olduöunu vurğulayıb: “Coca-Cola” və “Pepsi” içkiləri haqqında Azad İstehlakçılar Birliyinə tez-tez zənglər gəlir. Zaman keçdikcə, bu içkilərin demək olar ki, tərkibi və dadı dəyişir. Onların tərkibində insanın mədə-bağırsağını, digər daxili orqanlarını, bir sözlə, içalatını yandırəb məhv edən maddələr aşkar olunub. Siz təsəvvür edin ki, əgər bu içkilər yerə, asfalta töküləndə qaynayırsa və töküldüyü yerə iz salırsa, o zaman insan mədəsini hansı hala saldığı sirr olmamalıdır. Azad İstehlakçılar Birliyi olaraq daim bu içkilərin istifadəsinə qarşı mübarizə aparır və insanları maarifləndiririk. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin də məktəb bufetlərində bu növ içkilərin satışı və istifadəsini ləğv etməsi çox təqdirəlayiq addımdır. Çünki insanlar bunlardan nə qədər imtina etsələr, daha yaxşı olar”. Geri dön |