Ana Sayfa > Xəbər > Sumqayıtın dənizkənarı axşam yanğın poliqonuna çevrilmişdi, indi isə...
Sumqayıtın dənizkənarı axşam yanğın poliqonuna çevrilmişdi, indi isə...9-04-2015, 17:59. Yazar: admin |
Ötən gün axşam saatlarında Nəsimi adına Mədəniyyət və İstirahət parkının aşağı hissəsində - dənizin kənarında toplanılmış xeyli miqdarda budanmış ağac hissələri, müəyyən qədər də tullantı yandırılıb. Xeberle.com məlumat verir ki, yanğın böyük tüstü-dumanla müşahidə olunub. Bu hal dəniz kənarında istirahət edən sakinlər tərəfindən böyük narazılıqla qarşılanıb. Nəzərinizə çatdıraq ki, dəniz sahilinin bu hissəsi sakinlərin ən çox istirahət etdiyi məkandır. Əldə etdiyimiz məlumata görə, budanmış ağac hissələri, məişət tullantıları buraya şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən daşınaraq yığılıb. Bu haqda portalımızda bir neçə dəfə məlumat verilib. Sual olunur, bu yanğına məsuliyyəti kim daşıyır? Kiçik araşdırmamız sayəsində məlum oldu ki, əsas məsuliyyəti ağac budaqlarını buraya yığan Yaşıllaşdırma İdarəsi, çox zaman şəhərin ekoloji problemlərinə loyal yanaşan Ekologiya və Təbii Sərvətlər Nazilriyinin Sumqayıt şəhər 4 saylı ərazi bölməsi, GEM və ərazidə ''yuxusuz'' keşik çəkən Post patrul xidmətinin əməkdaşları daşıyır. Sevindirici haldır ki, artıq yaranmış problemə reaksiya verilib. Belə ki, səhər saatlarından başlayaraq sözügedən əraziyə texnika və canlı qüvvə gətirilib. Ərazidə təmizlənmə - hamarlanma və basdırılma işləri aparılır. Şəhər İcra Hakimiyyətinin məsələyə ciddi yanaşmasını görməmək olmur. Görəsən bu əraziyə adları yuxarıda sadalanan qurumlar niyə vaxtında nəzarət etməyib ki, hazırda bu cür vəziyyət yaranıb, bu qədər ağac budanaraq, xeyli miqdarda tikinti qalıqları toplantı şəklində əraziyə yığılmışdı... Geri dön |