Ana Sayfa > Xəbər > Tunisdə işsizliyə qarşı mitinqlərdə qan axdı

Tunisdə işsizliyə qarşı mitinqlərdə qan axdı


21-01-2016, 14:23. Yazar: admin
Tunisdə işsizliyə qarşı mitinqlərdə qan axdı
Tunisdə işsizliyə qarşı mitinqlər ölkə miqyasında yayılmağa davam edir. Musavat.com-un "Euronews"a istinadən xəbərinə görə, protestolar sırasında bir polis həyatını itirib.

"İş, müstəqillik və qürur" şüarlarının səsləndiyi mitinqdə insanlar səsini duyurmağa çalışıb.

"Biz 8 nəfərlik bir ailəyik. Bacım sayəsində dolana bilirik. Universitet diplomu olmasına baxmayaraq küçədə təmizlikçi olaraq çalışır. 8 nəfər üçün 234 dinar( 110 dollar) qazanır. Evimizdə kirada qalırıq və ev sahibimiz üç ildir ki bizi küçəyə atmaq istəyir. Mənim üçün hər gün doğumu artıq bir ümid deyil".


Geri dön