Ana Sayfa > Xəbər > Milyarder Azərbaycandakı şirkətində maaşları artırdı

Milyarder Azərbaycandakı şirkətində maaşları artırdı


21-01-2016, 13:58. Yazar: admin
Milyarder Azərbaycandakı şirkətində maaşları artırdı
Bu yaxınlarda Bakıya anasının yas mərasiminə gəlmiş Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Azərbaycanda sahibi olduğu şirkətdə maaşları qaldırıb.

Modern.az saytı xəbər verir ki, Fərhad Əhmədov “Aznar” şirkətində çalışan işçilərin maaşlarını 50 faiz artırıb.

Göyçayda fəaliyyət göstərən “Aznar” şirkətinin məhsulları həm Azərbaycanda, həm də xarici bazarlarda satılır.
Şirkətdən verilən məlumata görə, Fərhad Əhmədovun göstərişi ilə “Aznar”ın istehsal etdiyi malların qiymətləri də əvvəlki kimi saxlanılıb.

Məlum olduğu kimi, son vaxtlar dolların məzənnəsi qalxdığından özəl sektorda çalışan bəzi iş adamları istehsal etdikləri yerli məhsulların da qiymətini artırmışdı. Bu isə bazarda süni bahalaşma yaratdığından əhalidə kəskin narazılıq yaratmışdı. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yığıncağında belə halların yolverilməz olduğunu bildirərək, süni bahalaşmanın qarşısını almaq üçün ciddi tapşırıqlar verib...

Geri dön