Ana Sayfa > Xəbər > ABŞ-da danışığı anlayan axtarış sistemi işə düşəcək
ABŞ-da danışığı anlayan axtarış sistemi işə düşəcək21-01-2016, 12:06. Yazar: admin |
Rusiyanın "ABBYY" IT-şirkətinin banisi David Yan ABŞ-da yeni "Findo" axtarış sistemini işə salmaq istədiyi haqda bildirib. Bu sistem insan danışığını ayırd edə biləcək. FaktXəbər-in verdiyi məlumata görə, təbii danışıq nitqini tanımaqdan əlavə, qacet, sosial şəbəkələr və yaddaşda məlumat axtarmaq qabiliyyəti "Findo"nun fərqləndirici xüsusiyyətlərindən olacaq. Yanın sözlərinə əsasən, axtarış sisteminin hazırlanmasına 1,5 milyon dollar sərf edilib və daha 1,4 milyon dolların xərclənməsi də planlaşdırılır. Yatırılan sərmaye isə əlavə pullu xidmətlərin hesabına ödəniləcək. Geri dön |