Ana Sayfa > Xəbər > Azərbaycan məşqçisi Ermənistan klubunda

Azərbaycan məşqçisi Ermənistan klubunda


21-01-2016, 12:04. Yazar: admin
Azərbaycan məşqçisi Ermənistan klubunda
“Simurq” klubun sabiq baş məşqçisi rusiyalı Serqey Yuran Ermənistanın klubunu çalışdıracaq. Yuran “Mika” klubu ilə müqavilə bağlayıb.

ANS PRESS-in məlumatına görə, həmçinin o, bu klubda onun qarşısında duran vəzifələri müəyyənləşdirib.

“Ermənistan klubundan mənə təklif gəlib. “Miki”nin sahibi Moskvaya gələndə onunla görüşüb anlaşdıq. Yanvarın 25-də Gürcüstana təlim-məşq toplanışına gedirik. Komanda hazırda turnir cədvəlində 4-cü pillədədir. Çalışacağıq Avropa liqasına düşək. Müqaviləm iyun ayına kimidir”.

Serqey Yuran 2011-2012-ci il mövsümündə “Simurq” klubunun baş məşqçisi olub. “İnter” Bakı klubu “ 2011-ci ildə “Birlik kuboku”nda “Mika”nı 4:0 hesabı ilə darmadağın edib.

"Simurq" klubu Zaqatala şəhərini təmsil edir. 2012-ci ilin mart ayında "Simurq" Peşəkar Futbol Klubunun baş məşqçisi gürcüstanlı Georgi Çıxradze təyin olunub.

Geri dön