Ana Sayfa > Xəbər > ABŞ tankları Azərbaycana yaxınlaşır
ABŞ tankları Azərbaycana yaxınlaşır21-01-2016, 11:09. Yazar: admin |
ABŞ –ın “Abrams” tankları“Noble Partner-2016” adlı genişmiqyaslı hərbi təlimlərində iştirak etmək üçün Gürcüstana gətiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Tina Xidaşeli məlumat verib. Onun sözlərinə görə, tanklar Tiflis ətrafına may ayında gətiriləcək. Gürcüstan və ABŞ orduları arasında eyni adlı təlimlər 2015-ci ildə də keçirilib. Təlimlərin əsas məqsədi isə gürcü - ABŞ orduları arasında əməkdaşlığın möhkəmləndirilməsidir. Bu il keçiriləcək təlimlərə piyada bölmələrinin hərbi qulluqçuları gələcəyi gözlənilir. “Rustavi 2” televiziyasının məlumatına görə, Gürcüstan tərəfi artıq ABŞ-dan 70 ton hərbi yük gətirib. Ötən ilin may ayında təşkil edilən təlimlərdə 400 gürcü hərbiçisi iştirak edib. Tiflis yaxınlığında yerləşən Vaziani hərbi bazasından 200-dən çox ABŞ hərbçisi gürcülərlə birlikdə güc nümayiş etdirib. Həmin vaxt Gürcüstana gətirilmiş texnika arasında 14 “Bredli” piyada döyüş maşını, logistika təminatı maşınları və təlimlər üçün nəzərdə tutulmuş ləvazimat var idi. Azərbacanın ən yaxın qonşularından olan Gürcüstan həmçinin ABŞ-ın böyük nüfuza malik olduğu NATO hərbi bloku ilə sıx əməkdaşlıq edir. Bundan əvvəl ABŞ Quru Qoşunlarının komandanı, general Reymond Oderino bəyan etmişdi ki, Rusiya ilə müharibə ehtimalına görə Birləşmiş Ştatların Avropaya təcili göndərməli olduğu qüvvələrin miqdarı ciddi ölçülərdə artırılmalıdır. NATO regionda Rusiyanın təsirini azaltmaq üçün hətta Gürcüstan ərazisində hərbi baza tikir. Təlim-məşq bazası NATO ölkələrinin, tərəfdaş ölkələrin və Gürcüstanın hərbi qüvvələrinin birgə təlimi üçün nəzərdə tutulur. Geri dön |