Ana Sayfa > Xəbər > Prezidentin müşaviri KİV-lə görüşəcək
Prezidentin müşaviri KİV-lə görüşəcək21-01-2016, 10:55. Yazar: admin |
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla mətbuat nümayəndələri ilə görüş keçirəcək. Axar.az xəbər verir ki, görüşün məqsədi 2016-cı ilin “Multikulturalizm ili” elan olunması ilə bağlı bu sahədə cari və gələcək illərdə görüləcək işlər haqda mətbuatın suallarını cavablandırmaqdır. Görüş sabah saat 10:00-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçiriləcək. Geri dön |