Ana Sayfa > Xəbər > Yaşamaq üçün ən yaxşı ölkələr - Azərbaycan 53-cüdür

Yaşamaq üçün ən yaxşı ölkələr - Azərbaycan 53-cüdür


21-01-2016, 10:31. Yazar: admin
Yaşamaq üçün ən yaxşı ölkələr - Azərbaycan 53-cüdür
İsveçrənin Davos şəhərində işə başlayan Beynəlxalq İqtisadi Forumda dünyanın yaşamaq üçün ən əlverişli ölkələrinin reytinqi dərc olunub. Reytinq tərtib olunarkən dünyanın 60 ölkəsi götürülüb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “U.S News and World Report” jurnalının reytinqində 60 ölkə sıralanıb. Siyahının tərtib olunması üçün həmin ölkələrin 16 min sakini soğruya cəlb edilib və 24 meyar əsasında (mədəni irs, həyat səviyyəsi, güc və nüfuz, korrupsiya və vergilər, ali təhsilin keyfiyyəti və s.) ölkələrin reytinqi müəyyənləşdirilib.

“U.S News and World Report”un reytinqində Azərbaycan 60 ölkə arasında yaşamaq üçün ən yaxşı 53-cü ölkə seçilib. Biznes mühitinə görə 43-cü, nüfuzuna görə 38-ci və həyat səviyyəsinə görə isə 56-cı pillədə qərar tutub.

Qonşu ölkələr arasında yaşamaq üçün ən əlverişli ölkələrdən Rusiya 24-cü, Türkiyə 30-cu, Qazaxıstan 55-ci, İran 58-ci və Ukrayna isə 59-cu pilləni tutub.

Yaşayış üçün ən əlverişli ölkəər isə bunlardır.

1. Almaniya

2. Kanada

3. Böyük Britaniya

4. ABŞ

5. İsveç

6. Avstraliya

7. Yaponiya

8. Fransa

9. Hollandiya

10. Danimarka

Geri dön