Ana Sayfa > Xəbər > UEFA tarixində ilk – oyun təkrar keçiriləcək

UEFA tarixində ilk – oyun təkrar keçiriləcək


9-04-2015, 17:33. Yazar: admin
UEFA tarixində ilk – oyun təkrar keçiriləcək
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) tarixində ilk dəfə hakimin səhvinə görə futbol matçının yenidən keçirilməsi barədə qərar qəbul edib.

AzVision.az xarici mətbuatına istinadən xəbər verir ki, söhbət 19 yaşa qədər qadınlar arasında keçirilən Avropa çempionatı çərçivəsində İngiltərə ilə Norveç qadın milli yığmaları arasında keçirilən oyundan gedir.

Belə ki, Marija Kurtesin hakimlik etdiyi oyun əvvəlcə Norveçin 2-1 hesabı ilə üstünlüyü ilə davam edirdi. Daha sonra hakimin qərarı iləə ingiltərəli futbolçu Lih Uilyamson Norveçin qapısına penalti zərbəsi ilə qol vurub və hesab bərabərləşib: 2-2.

Halbuki penalti vurulan zaman cərimə meydançasında başqa futbolçu da olub və hakim penaltini təkrarlanmasını tələb etməli olduğu halda bunu etməyib və Norveçin lehinə sərbəst atış verib.

Oyun Norveçin 2-1 üstünlüyü ilə başa çatsa da etirazlara görə UEFA oyunun səhvə yol verildiyi dəqiqədən etibarən yenidən keçirilməsinə qərar verib.

Hər iki komanda eyni oyunçularla oynayacaq, amma İngiltərə komandası penalti zərbəsini vurmaq üçün fərqli oyunçu seçə bilər.

Alman hakim Marija Kurtes isə bu oyunda olmayacaq.

Geri dön