Ana Sayfa > Xəbər > Prezidentin ailə şəkli ətrafında qalmaqal - (Foto, Video)

Prezidentin ailə şəkli ətrafında qalmaqal - (Foto, Video)


9-04-2015, 17:30. Yazar: admin
Prezidentin ailə şəkli ətrafında qalmaqal - (Foto, Video)
Qazaxıstan prezidenti Nazarbayevin məşhur ailə şəkli ilə bağlı dövlətlərarası qalmaqal yaranıb.

Qazaxıstanın zakon.kz saytı yazır ki, “Rusiyanın “Rossiya 1” və Ukraynanın “İnter” televiziya kanallarında “Tənha ürəklər” adlı 4 seriyalı bir film göstərilib. Burda qəhrəmanlardan biri Tacikstanda qalan ailəsindən danışır və ailəsinin fotosunu göstərir. Deyir ki, bu şəkildə onun Rəhim adında babası təsvir olunur. Foto isə Nursultan Nazarbayevin ailə üzvləri ilə birlikdə çəkdirdiyi şəkildir.

Şəkildə Qazaxıstan prezidentinin yerinə saqqallı “Rəhimin” şəkli qoyulub və bir kürəkəninin də şəkli dəyişdirilib.

Yerdə qalanlar – qızları, xanımı, nəvələri, digər kürəkəni olduğu kimi qalır.



Film göstəriləndə Qazaxıstanda böyük hay-küy yaranıb. Filmi çəkən Ukraynanın UPS kino şirkətinin baş prodüsseri İrina Zarya üzr istəyib:”Mən Qazaxıstan prezidentindən, onun ailəsindən üzr istəyirəm. Bu, bizim kollektivə dərs olacaq”.

Zaryanın izahına görə, vaxtilə şirkət köçəndə şəkillər qutulara yığılıb, filmdə istifadə edəndə şəkilin kimə aid olmasına fikir verməyiblər.

Rusiya kanallarında bu, Qazaxıstanla bağlı ilk insident deyil. 2013-cü ildə Rusiyanın TVC kanalında gedən verilişdə Almatı meri Qazaxıstanın populyar müğənnisi kimi təqdim olunurdu. 2014-cü ildə Rusiyanın Gəlincik şəhərində taksi sürücüsünü Qazaxıstan vətəndaşı döyəndə süjetdə qazaxıstanlının şəkli göstərilmişdi, Ancaq bu, Qazaxıstan parlamenti senatının sədri Kasım Jomart Tokaevin şəkli idi. (azadliq.org)

Geri dön