Ana Sayfa > Xəbər > BP martda Azərbaycanda əlavə neft axtarışına başlayacaq
BP martda Azərbaycanda əlavə neft axtarışına başlayacaq18-01-2016, 17:20. Yazar: admin |
"BP-Azerbaijan" şirkəti bu il martın 1-dən Xəzərin Azərbaycan sektorunun Abşeron yarımadası ətrafında dayazsulu hissədə yerləşən potensial perspektiv strukturlarda 3 ölçülü (3D) seysmik araşdırmalara başlamağı planlaşdırır. Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, bu barədə ətraf mühitə təsirin qiymətləndirliməsi üzrə hesabatda (OBOC) deyilir. Hesabat layihəsi AECOM şirkəti tərəfindən hazırlanıb və 2016-cı il fevralın sonunadək təklif və iradlar üçün açıqdır. Hesabatda bildirilir ki, 3D-seymsik araşdırmalara martda başlanılıb noyabrın 24-dək yekun vurulacağı planlaşdırılır. Geri dön |