Ana Sayfa > Xəbər > Ermənistanda hüquq müdafiəçisi DÖYÜLDÜ

Ermənistanda hüquq müdafiəçisi DÖYÜLDÜ


18-01-2016, 17:00. Yazar: admin
Ermənistanda hüquq müdafiəçisi DÖYÜLDÜ
Hafta.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, Ermənistanda hüquq müdafiəçisi döyülüb. Döyülmənin səbəbi isə ötənilki qanlı cinayət hadisəsi olub.

Belə ki, ötən ilin 12 yanvarında 102-ci ordunun rusəsilli əsgəri Valeri Permyakovun qətlə yetirdiyi Avetisyan ailəsininin vəkili olan Artur Sakuntsyan döyülməsini bu olayla bağlı olduğunu deyib:

“Permyakov Gümrüdə deyil, Rusiyada mühakimə olundu. Ruslar ona 10 il cəza kəsdilər. Valeri isə 5 nəfəri qətlə yetirmişdi. Bu, hər şəxsə görə iki il azadlıqdan məhrumetmə deməkdi. Mən apelyasiya şikayəti verəcəkdim. Permyakova kəsilən cəzanın az olduğunu bildirmişəm. Bu açıqlamam mediada yayılandan sonra Gümrü qubernatoru məni fikrimdən vaz keçməyə çağırdı. Ötən gün axşam isə evə gələrkən tanımadığım şəxslər məni evimə gedərkən döyməyə başladılar. Üç qabırğam sınıb, çoxlu sayda sıyrıqlar var”.

Həkimlər Artur Sakuntsyanın vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Qeyd edək ki, ötən il yanvarın on ikisində Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə güllələnib.Cinayətin törədilməsində işğalçı ölkədəki 102-ci rus bazasının hərbçisi təqsirləndirilib. Avetisyan ailəsinin beş üzvü elə hadisə yerindəcə keçinib.

Geri dön