Ana Sayfa > Xəbər > Apple-ni sındıranlar elə həmin kompaniyaya işə dəvət olundu

Apple-ni sındıranlar elə həmin kompaniyaya işə dəvət olundu


18-01-2016, 16:07. Yazar: admin
Apple-ni sındıranlar elə həmin kompaniyaya işə dəvət olundu
FaktXəbər-in verdiyi məlumata görə, Apple kompaniyası son bir neçə ildə «almalı» qurğular üçün təminat proqramını sındıran məşhur hakerləri işə dəvət edib.

Cəmiyyətdə daha çox P0sixninja və Chronic adı ilə tanınan Coşua Hill və Uil Strafak artıq yeni Apollo mobil platformunu hazırlayacaq, həmçinin gələcək iOS versiyasını qorumağa yardımçı olacaqlar.

Apple nümayəndələri məhz bu hakerləri seçməkdə məqsəd kimim, hakerlərin onların uzun illər sözügedən texnologiyada bütün «boşluqları» öyrənmələrini göstərib. Onların sözlərinə görə, Hill və Starfak hətta istehsalçıların belə xəbərləri olmadığı zəiflikdən xəbərdardılar.

Qeyd edək ki, yeni Appolo platforması nəinki Apple məhsulunun sadə istifadəçisini, həmçinin korporativ müştərilərin də təhlükəsizliyini təmin edəcək. Cari mobil müdafiə - zərərli təminat proqramının yüklənməsi risqini azaldacaq, həmçinin istifadəçinin şəxsi məlumatlarının sızma təhlükəsini minimuma endirəcək.

Uill Starfak yeni Appolo platformasının buraxılışını 2016-cı ilin birinci yarısına planlaşdırıldığını bildirib.

Geri dön