Ana Sayfa > Xəbər > Türkiyə İŞİD mövqelərini bombaladı

Türkiyə İŞİD mövqelərini bombaladı


18-01-2016, 15:39. Yazar: admin
Türkiyə İŞİD mövqelərini bombaladı
Türkiyənin Kilis bölgəsində orta məktəb top mərmisi ilə partladılıb. Nəticədə, məktəbdə işləyən bir xadimə həyatını itirib, bir şagird isə yaralanıb.

Musavat.com xəbər verir ki, Kilisdəki orta məktəbə düşən 3 raket mərmisi Suriyadakı İŞİD mövqelərindən atılıb.

Türkiyə mətbuatının əldə etdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri İŞİD mövqelərinə davamlı olaraq, ağır silahlardan atəşə tutub və bombalayıb.

Geri dön