Ana Sayfa > Xəbər > Ukrayna NKVD və KQB arxivlərini açmağa qərar verdi

Ukrayna NKVD və KQB arxivlərini açmağa qərar verdi


9-04-2015, 17:06. Yazar: admin
Ukrayna NKVD və KQB arxivlərini açmağa qərar verdi
Ukrayna Ali Radası “1917-1991-ci illər ərzində kommunist-totalitar rejimin repressiv orqanlarının arxivlərinin açılması haqqında” qanun qəbul edib

APA-nın “censor.net” saytına istinadən yaydığı məlumata görə, qanunun lehinə 261 deputat səs verib.

Bu qərarla "NKVD" (Narodnıy Komissariat Vnutrennix Del) və "KQB"-nin (Komitet Qosudarstvennoy Bezopasnosti) Ukraynadakı arxivləri Milli Yaddaş İnstitutuna veriləcək və bu sənədlərin üzərindəki məxfilik qrifi qaldırılacaq.

Geri dön