Ana Sayfa > Xəbər > 7 ermənini öldürən Permyakovun məhkəməsi başladı

7 ermənini öldürən Permyakovun məhkəməsi başladı


18-01-2016, 14:49. Yazar: admin
7 ermənini öldürən Permyakovun məhkəməsi başladı
Rusiyanın Ermənistanda yerləşən Gümrü şəhərində 102-ci hərbi bazasının ərazisində ötən ilin yanvar ayında Avetisyan ailəsinin öldürülməsi ilə bağlı məhkəmə iclası keçirilir.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Təqsirli bilinən Valeri Permyakov məhkəmə zalına gəldiyi zaman öldürülən ailənin qohumlarından biri əsəblərinə hakim ola bilməyib. Permyakou görən qadın qışqırmağa, həmçinin məhkəmə prosesi getdiyi zaman onun ayaq üstdə durmasını tələb etməyə başlayıb.
Qeyd edək ki, ötən il dekabrın 18-i keçirilən ilk iclasdan sonra vəkillər iclasın keçirildiyi zalı `qeyri-insani yer` kimi xarakterizə etmişdilər.

Xatırladaq ki, Permyakov ötən ilin yanvar ayının 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. 19 yanvarda o da dünyasını dəyişib.

Geri dön