Ana Sayfa > Xəbər > Şəhidlər məscidi yaxın zamanlarda İSTİFADƏYƏ VERİLƏCƏK

Şəhidlər məscidi yaxın zamanlarda İSTİFADƏYƏ VERİLƏCƏK


18-01-2016, 14:27. Yazar: admin
Şəhidlər məscidi yaxın zamanlarda İSTİFADƏYƏ VERİLƏCƏK
"Türkiyə Dəyanət İşləri Vəqfi tərəfindən 1993-cü ildən tikilən Şəhidlər məscidi yaxın zamanlarda istifadəyə veriləcək”.

Bu sözləri hafta.az-ın müxbirinə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndəsi deyib. Məscidə baş çəkən əməkdaşımız ibadət ocağında təmir işlərinin aparılması ilə tanış olub. Məsciddəki təmir işlərini BŞİH-i həyata keçirirdi. Qurumun əməkdaşları məscidin içi və minarələrin təmiri ilə məşğul olurdular. Qeyd edək ki, məscid 2008-ci ildən təmirə bağlansa da, uzun müddət orada heç bir iş görülməyib. Ötən həftədən etibarən isə ibadət ocağının əsaslı təmirinə start verilib.

Geri dön