Ana Sayfa > Xəbər > Neft 28 dollardan da ucuz oldu - İRAN BAZARI ÇÖKDÜRDÜ

Neft 28 dollardan da ucuz oldu - İRAN BAZARI ÇÖKDÜRDÜ


18-01-2016, 11:15. Yazar: admin
Neft 28 dollardan da ucuz oldu - İRAN BAZARI ÇÖKDÜRDÜ
İrana qarşı sanksiyaların ləğvindən sonra yanvarın 18-də dünya bazarında nefin qiyməti kəskin azalıb.

Fins.az-ın məlumatına görə, ucuzlaşmanın səbəbi dünya bazarında neft bolluğunun yaranması barədə məlumatların yayılması olub.

Nəticədə London birjasındakı hərraclarda Brent markalı neftin qiyməti 28 dollardan da aşağı düşərək 27,72 dollar olub. Bu ötən həftənin sonnudakı axırıncı qiymətdən 1,5 dollar azdır.

"Bloomberg" agentliyinin mütəxəssisləri bildirir ki, dünya bazarına İran tərəfindən əlavə neftin çıxarılması qiymətləri 25 dollara qədər endirə bilər. Xatırladaq ki, İranın neft bazarına daxil olması xəbərləri neft-qaz ixracı ilə məşğul olan ərəb ölkələrinin birjalarını da çökdürmüşdü.

* * *10:25

Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,86 dollar ucuzlaşaraq 28,82 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,93 dollar azalaraq 28,18 dollar olub.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,82 dollar ucuzlaşaraq 30,72 dollar təşkil edib.

Geri dön