Ana Sayfa > Xəbər > Azərbaycanda 18 MMMC dövlət qeydiyyatından keçib
Azərbaycanda 18 MMMC dövlət qeydiyyatından keçib14-01-2016, 16:54. Yazar: admin |
![]() Azərbaycanda mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq, 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, bununla da, dövlət qeydiyyatına alınan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb. Hazırda Nazirlik Bakı, Sumqayıt, Xırdalan və Mingəçevirdə yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirir. Geri dön |