Ana Sayfa > Xəbər > İŞİD daxilində kamikadzeləri hazırlayan terrorçu zərərsizləşdirilib
İŞİD daxilində kamikadzeləri hazırlayan terrorçu zərərsizləşdirilib14-01-2016, 16:15. Yazar: admin |
|
İraq ordusu İŞİD daxilində kamikadze hazırlamaq üzrə məsul olan komandiri zərərsizləşdirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Muhammed Əbd Manaf ər-Raui adlanan terrorçu yanvarın 7-də keçirilən əməliyyat zamanı yaralanıb. O, Əbu-Kamal şəhərindəki xəstəxanada ölüb. İraq DİN-in kəşfiyyat qrupu onun Bağdadda kamikadze dəstəsinin hazırlanmasına məsuliyyət daşıdığını təsdiqləyib. Həmin şəxs beynəlxalq axtarışda olub. Geri dön |