Ana Sayfa > Xəbər > Sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə yeni quyu istismara verilib
Sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə yeni quyu istismara verilib14-01-2016, 15:00. Yazar: admin |
|
Bu günlərdə “Günəşli” yatağındakı 19 nömrəli dərin dəniz özülündən qazılmış 28 nömrəli quyu istismara verilib. Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, quyu məhsuldar qat çöküntülərinin Fasilə Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 2674-2658 metr intervaldan sutkalıq 110 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İB-nin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir. Geri dön |