Ana Sayfa > Xəbər > Rusiyada 5 nəfər dəm qazından boğularaq ölüb
Rusiyada 5 nəfər dəm qazından boğularaq ölüb14-01-2016, 10:57. Yazar: admin |
Rusiya Federasiyası Başqırdıstan Respublikasının Birsk şəhərində çoxmənzilli evdə 3-ü uşaq olmaqla, 5 nəfər dəm qazından boğulub. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu gecə qonşular kəskin qaz iyi səbəbi ilə fövqəladə xidmətə müraciət ediblər. Hadisə yerinə gələn heyət mənzillərdən birindən 5 nəfərin meyitini tapıb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional idarəsi faktla bağlı araşdırma aparır. Geri dön |