Ana Sayfa > Xəbər > Jirinovskinin Qarabağ həlli

Jirinovskinin Qarabağ həlli


9-04-2015, 16:12. Yazar: admin
Jirinovskinin Qarabağ həlli
"Bu gün regionun ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinə Rusiyanın müdaxilə etməsi üçün əsas yoxdur".

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Lideral Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski bildirib.

Amma LDPR-in rəsmi saytında yerləşdirilmiş açıqlamada deyilir ki, Rusiya Ermənistan və Azərbaycanla razılıq əsasında bölgəyə sülməramlılar yeridə bilər.

“Əlbəttə, Abxaziyada olduğu kimi, həmişə kənar müdaxilələr və təxribatlar ola bilər”, - deyə LDPR lideri vurğulayıb.

Vladimir Jirinovski Ermənistana xəbərdarlıq edib ki, Rusiya olmasa İran və Türkiyə ilə təkbətək qalacaq.

Geri dön