Ana Sayfa > Xəbər > Ev almaq istəyənlərin diqqətinə - Qiymətlər düşüb
Ev almaq istəyənlərin diqqətinə - Qiymətlər düşüb14-01-2016, 09:32. Yazar: admin |
Qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb. Vertikal.az Xəzər TV-yə istinadən xəbər verir ki, Bakıda ev almaq istəyənlər üçün yaxşı fürsət yaranıb. Çünki mənzillərin qiymətləri xeyli dərəcədə aşağı düşüb. Paytaxda evlər ötən ilə nisbətdə 5 faiz ucuzlaşıb. Mütəxəssislər bildirirlər ki, qiymətlər orta hesabla 5-10 min manat aşağı düşüb. Şəhərin mərkəzi hissələrində isə ucuzlaşma daha çox müşahidə edilir. Qiymətlərdə azalmanın hətta cari ilin 1-ci rübünün sonunadək davam edəcəyi gözlənilir. Ekspertlər gələn ilin əvvəlinə qədər əmlak bazarında canlanma yaranacağını proqnozlaşdırmırlar. Geri dön |