Ana Sayfa > Xəbər > Rektor 10 kafedranı bağladı

Rektor 10 kafedranı bağladı


12-01-2016, 15:17. Yazar: admin
Rektor 10 kafedranı bağladı
“Universitetdə bir ixtisas üzrə bir neçə kafedranın olmasının tərəfdarı deyilik. Ona görə də bir neçə ixtisas üzrə kafedraları birləşdirmək qərarına gəlmişik”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, artıq 10 kafedra birləşdirilib: “Onların yerində 4 kafedra fəaliyyət göstərir”.

Rektor əlavə edib ki, universitetdə hazırda 45 kafedra mövcuddur: “UNEC-də də 21 ixtisas üzrə tədris aparılır. Eyni zamanda 10-a yaxın qeyri-ixtisas kafedraları olacaq”.

Geri dön