Ana Sayfa > Xəbər > Sultanahmetdə terror: azı 10 nəfərin öldüyü bildirilir

Sultanahmetdə terror: azı 10 nəfərin öldüyü bildirilir


12-01-2016, 13:27. Yazar: admin
Sultanahmetdə terror: azı 10 nəfərin öldüyü bildirilir
Son məlumatlara görə İstanbulun Sultanahmet meydanında baş vermiş terror aktında 10-a yaxın adam ölüb. Çoxlu yaralı var. Lakn rəsmi orqanlar hələ partlayışda ölən və yaralananların sayı haqda açıqlama vermir.

Hadisə yeri polis mühasirsindədir. Polis səsgücləndiricilərlə insanları hadisə yerindən uzaq durmağa çağırır. Şahidlərin bildirdiyinə görə, partlayış bir qrup turistin arasında baş verib. Şahidlərdən biri deyib ki, o, hadisə yerinə çatanda yerdə ölü və yaralı xeyli insan, habelə parçalanmış insan cəsədləri görüb. Böyük ehtimalla partlayışı intiharçı-terrorçu törədib. Hadisə yerinə bomba zərərsizləşdirən qrup göndərilib.

Partlayış o qədər şiddətli olub ki, səsi İstanbulun bir çox məhəllələrində eşidilib.

* * *12:54

İstanbulun ən populyar ərazisi və turizm bölgəsi sayılan Sultanahmetdə partlayış olub.

Virtualaz.org Türkiyə mediasına istinadən bildirir ki, partlayış nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə çoxsaylı polis və təhlükəsizlik qüvvələri gəlib.

Şahidlərin bildirdiklərinə görə, partlayış turist qrupunun arasında canlı bomba tərəfindən həyata keçirilib. Partlayış Məscid meydanında, “Dikilitaş” deyilən abidənin yanında baş verib.

Geri dön