Ana Sayfa > Xəbər > Putin Əsədə siyasi sığınacaq verə bilməsi haqda danışdı
Putin Əsədə siyasi sığınacaq verə bilməsi haqda danışdı12-01-2016, 11:18. Yazar: admin |
Rusiya prezidenti Vladimir Putin Almaniyanın “Bild” qəzetinə verdiyi geniş müsahibə zamanı Suriya prezidenti Bəşər Əsədin prezident seçkilərində məğlub olacağı halda, Moskvanın ona siyasi sığınacaq verə bilməsi ehtimalından danışıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə danışmağın tez olduğunu lakin belə bir ehtiyac yaranarsa, bunu asanlıqla edə biləcəyini deyib. “Bilirsiniz, məncə, bu haqda danışmaq hələ tezdir. Əsas Suriya xalqının öz iradəsini ortaya qoymasıdır. Əgər bu, demokratik yolla olarsa, onda Əsəd prezident seçilib ya yox, o, ölkəsində qala biləcək. Amma sizə deyim ki, Edvard Snoudenə siyasi sığınacaq vermək Əsədlə müqayisədə bizə daha çətin olmuşdu”. Qərb mediasının məlumatına görə Putin Bəşər Əsədin 2017-ci ildə Suriyada keçiriləcək seçkilərə buraxılması üçün ABŞ-la danışıqlar aparır. Geri dön |