Ana Sayfa > Xəbər > “İqtidar və demokratik düşərgə arasında birbaşa danışıqlar getməlidir” - Pənah HÜSEYN
“İqtidar və demokratik düşərgə arasında birbaşa danışıqlar getməlidir” - Pənah HÜSEYN9-04-2015, 15:27. Yazar: admin |
“Azadlıq-2015” seçki bloku artıq dairələri müəyyənləşdirir”. Bu fikri Hafta.az-a açıqlamasında Azərbaycan Xalq Partiyasının sərdi Pənah Hüseyn deyib. O, blokla bağlı digər məqamlara da toxunub: “Ölkədəki hazırkı siyasi durumda vəziyyətdən çıxış yollarından biri kimi milli konsensus parlamentinin formalaşdırılması və bunun üçün isə geniş koalisiyanın yaradılması lazımdır. Təbii ki, bu qanunauyğun olaraq, azad seçki prinsipi gözlənilərək həyata keçirilməlidir. Koalisiyaya hansı partiyaların daxil edilməsi yox, əsasən ilk olaraq yuxarıda dediyim məsələ demokratik düşərgəyə təklif kimi irəli sürülüb. “Azadlıq-2015” seçki bloku bildiyiniz kimi seçkilərlə əlaqədar yaranıb. İş planımız tutulub və hazırda dairələr öyrənilir və namizədlərin müəyyənləşdirilməsi prosesindəyik. Başqa texniki işlər də görülməkdədir. Qanunvericilikdə nəzərdə tutulan işlər isə seçki kampaniyası başladıqdan sonra həyata keçiriləcək. Bu seçki bloku da siyasi qərarın nəticəsidir”. “Azadlıq-2015” 8 apreldə olan toplantısı barəsində danışan P.Hüseyn müxalifət-iqtidar dialoquna olan gözləntilərini də bildirib: “Hesab edirəm ki, biz əslində dialoq mühitinin yaradılması mərhələsindən dialoqun özünə keçə bilmədik. Hazırda vəziyyət elədir ki, mənim fikrimcə dialoq artıq aktual deyil. İqtidar və demokratik düşərgə arasında birbaşa danışıqlar getməlidir”. Qeyd edək ki, bu ay müxalifət və iqtidar arasında növbəti görüşün keçirilməsi gözlənilir. Geri dön |