Ana Sayfa > Xəbər > İspan şahzadə məhkəmə qarşısında
İspan şahzadə məhkəmə qarşısında11-01-2016, 17:14. Yazar: admin |
![]() Mayorkada İspaniya kralının bacısı İnfanta Kristinaya qarşı maliyyə fırıldaqlarına dair iş üzrə məhkəmə prosesi başlayıb. Bu barədə AzVision.az `Rosbalt`-a istinadən xəbər verir ki, o, 6 milyon avro büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir. Məlumata əsasən Palma-de-Mayorka şəhərinin dövlət administrasiyası məktəbində bu gün səhər ən qalmaqallı məhkəmə proseslərindən birinə başlanılıb. Şahzadə İnfanta məhkəməyə əri İnyaki Urdqanqarin ilə gəlib. Şahzadə ilə yanaşı bu işdə daha 17 nəfərin adı hallanır. Məhkəmə qərarının cari ilin iyun ayının 3-də verilməsi gözlənilir. İttihamın versiyasına görə, İnfanta öz əri ilə birgə keçirilən tədbirlərə sərf edilən xərclərin artıq göstərmək yolu ilə Balear adaları və Valensiyanın büdcə vəsaitindən iri məbləğdə pul mənimsəmək üçün xüsusi təşkilat yaradıb. Təşkilatın fəaliyyət nümayəndələrinin əlbirliyi ilə fəaliyyət göstərirdi və bu fəaliyyət nəticəsində bir neçə milyon avro mənimsənilib. Geri dön |