Ana Sayfa > Xəbər > “Ötən il Azərbaycanda seysmoloji aktivlik azalıb”

“Ötən il Azərbaycanda seysmoloji aktivlik azalıb”


11-01-2016, 16:32. Yazar: admin
“Ötən il Azərbaycanda seysmoloji aktivlik azalıb”
“Azərbaycanda 2014-cü illə müqayisədə 2015-ci ildə seysmoloji aktivlik azalıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O qeyd edib ki, ölkədə 2014-cü ildə seysmoloji aktivlik daha yüksək olub: “2014-cü ildə maqnitudası 5-dən yuxarı 6 zəlzələ baş verib. Lakin 2015-ci ildə 2 belə zəlzələ qeydə alınıb. Onlardan biri dənizdə, digəri isə Şəki-Oğuz sərhədində baş verib”.

Geri dön