Ana Sayfa > Xəbər > Sərxoş halda saxlanılan rəis müavini işdən qovuldu

Sərxoş halda saxlanılan rəis müavini işdən qovuldu


9-04-2015, 15:10. Yazar: admin
Sərxoş halda saxlanılan rəis müavini işdən qovuldu
Sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılan polis bölməsinin rəis müavini vəzifəsindən uzaqlaşdırılıb.

Vertikal.az virtualaz.org-a istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 38-ci polis bölməsinin (PB) rəis müavini, polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlu artıq işdən çıxarılıb və sərəncama göndərilib.

Xatırladaq ki, bir neçə gün əvvəl rəis müavini idarə etdiyi 90 BZ 455 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə əvvəlcə polislərin “Saxla!” əmrinə tabe olmamışdı. Sonra polislər R.Şərifovu məcburi qaydada saxlayaraq Abşeron RPİ-yə aparmışdılar.

Hadisə baş verən gündən R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilmişdi.

Faktı Qaradağ RPİ 38-ci polis bölməsindən də təsdiqlədilər. Əlavə etdilər ki, R.Şərifovun yerinə hələ təyinat olmayıb.

Geri dön