Ana Sayfa > Xəbər > `Heç kim dərsə şalvarda gəlmir` - Sumqayıtdan açıqlama
`Heç kim dərsə şalvarda gəlmir` - Sumqayıtdan açıqlama11-01-2016, 15:17. Yazar: admin |
Sumqayıt şəhər Təhsil Şöbəsi icra başçısı Zakir Fərəcovun müəllimələrə şalvar geyinməyi qadağan etməsi ilə bağlı xəbərə aydınlıq gətirib. Qurumdan AzVision.az-a bildiriblər ki, icra başçısı şalvarla bağlı müəllimələrə qadağa qoymayıb. “Sumqayıt məktəblərinin hamısında istilik sistemi olduğundan heç bir müəllimə məktəbə şalvar geyinib gəlmir. Müəllimələr keçən il necə geyinirdilərsə, indi də o formada dərsə gəlirlər. Heç kim allı-güllü paltarla və ya şalvarla dərsə qatılmır”-deyə Sumqayıt şəhər Təhsil Şöbəsindən bildiriblər. Qeyd edək ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun keçirdiyi sonuncu iclasda müəllimələrin şalvar geyinməməsi ilə bağlı tapşırıq verdiyi bildirilir. Geri dön |