Ana Sayfa > Xəbər > “Qubad İbadoğlunun ABŞ-da götürdüyü öhdəlikləri var” – Ellada Məmmədli

“Qubad İbadoğlunun ABŞ-da götürdüyü öhdəlikləri var” – Ellada Məmmədli


11-01-2016, 13:37. Yazar: admin
“Qubad İbadoğlunun ABŞ-da götürdüyü öhdəlikləri var” – Ellada Məmmədli
“Bildiyiniz kimi Qubad bəy hal hazırda ABŞ-ın Duke Universitetində məşvərətçi professor kimi fəaliyyət göstərir. Qarşısında götürdüyü öhdəlikləri var. Onları yerinə yetirmək lazımdır”.

Bunu hafta.az-a açıqlamasında Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) sədrinin İnkişaf və Üzvlərlə İş üzrə müavini Ellada Məmmədli deyib. ADR rəsmisinin sözlərinə görə, qurumun sədri Qubad İbadoğlu layihəyə uyğun olaraq, təhvil-təslim işlərini bitirdikdən sonra vətənə dönəcək:

“Qubad bəyə yeni layihələr təklif olunmasına baxmayaraq o , bütün təkliflərdən imtina edərək, tezliklə vətənə dönəcək”.

Ellada Məmmədli hazırda təşkilatdaxili məsələlərdən də danışaraq Mövcud Təşkilat komitələrinin yerlərdə konfransa hazırlaşdıqlarını da bildirib:

“ADR Hərəkatı nizamnamə və fəaliyyət proqramına uyğun təşkilatlanma ilə məşğuldur. Hal-hazırda ərazi idarəetmə vahidinin 50 faizində ADR Hərəkatı Təşkilat Komitələri yaradıb. Son günlər ADR idarə heyətinin və ADR Hərəkatı Bakı şəhər Təşkilat Komitəsi sədrlərinin toplantısı keçirilib. Ölkədə baş vermiş iqtisadi böhrandan çıxış yolları haqqında iqtisadçı ekspertlərin iştirakı ilə keçiriləcək dəyirmi masa müvafiq iclas yerlərinin olmaması ucbatından baş tutmadı. Həmçinin, ADR hərəkatında yaxın vaxtlarda Məclisin növbəti sessiyasına hazırlıq işləri görülür”.

Geri dön