Ana Sayfa > Xəbər > Brejnyevin yaxtası qəfil batdı
Brejnyevin yaxtası qəfil batdı11-01-2016, 13:20. Yazar: admin |
Ukraynanın Odessa limanında SSRİ lideri Leonid Brejnyevin “Burevestnik” adlı yaxtası qəfildən suyub dibinə gedib. Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bir vaxtlar Brejnyevin sevimli yaxtası olan gəmi uzun illərdir limanda baxımsız qaldığı üçün çürüyüb və cəmi bir neçə dəqiqə ərzində batıb. “Doğrudan da “Burevestnik” bir vaxtlar Brejnyevin şəxsi yaxtası idi”-limandan bildiriblər. Yaxta 1961-ci ildə inşa edilib və əla texniki göstəricilərə malik olub. Onun iki dizel mühərriki gəmiyə saatda 70 kilometr sürət yığmağa imkan verirdi. Korpusu isə üçqat taxtadan hazırlanıb. Məlumata görə SSRİ dağılandan sonra yaxta sahibsiz qalıb və Ukraynanın Hərbi Dəniz Donanmasının balansında deyildi. Bu səbəbdən Ukrayna dənizçiləri onun batmasına görə məsuliyyət daşımayıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmisi Oleq Çubukun dediyinə görə, dənizçilər gəminin qəfildən batmağa başladığını görüblər, qəza-xilasetmə xidməti gələnə qədə gəmi cəmi 5 dəqiqə ərzində suyun dibinə gedib. Geri dön |