Ana Sayfa > Xəbər > Zəlimxan Yaqubla vida mərasimi keçirilir

Zəlimxan Yaqubla vida mərasimi keçirilir


11-01-2016, 11:58. Yazar: admin
Zəlimxan Yaqubla vida mərasimi keçirilir
Vəfat etmiş xalq şairi Zəlimxan Yaqubla vida mərasimi keçirilir.

Trend-in məlumatına görə, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhum Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Z.Yaqub yanvarın 9-da dünyasını dəyişib. Mərhum uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Geri dön