Ana Sayfa > Xəbər > Almaniya Qarabağın həllinə kömək edəcək
Almaniya Qarabağın həllinə kömək edəcək11-01-2016, 11:45. Yazar: admin |
“Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq”. AzVision.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. O qeyd edib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: “Almaniya sədrliyi “dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”. Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət ayıracağını qeyd edib: “Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq” . Xatırladaq ki, yanvarın 1-dən ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsi bir il müddətinə Almaniyaya keçib. Bu vəzifəni Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer icra edəcək. Geri dön |