Ana Sayfa > Xəbər > Putin Rusiyanın 25 ildəki ən böyük səhvindən, Merkeldən üzr istəməsindən DANIŞDI

Putin Rusiyanın 25 ildəki ən böyük səhvindən, Merkeldən üzr istəməsindən DANIŞDI


11-01-2016, 11:14. Yazar: admin
Putin Rusiyanın 25 ildəki ən böyük səhvindən, Merkeldən üzr istəməsindən DANIŞDI
Rusiya prezidenti Vladimir Putin Almaniyanın “Bild” qəzetinə müsahibə verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rus prezident Qərbin ölkəsinə qarşı tətbiq etdiyi sanksiyaları “axmaq” və “zərərli” adlandırıb.

“Düşünürəm ki, bu sanksiyalar axmaq və zərərlidir. Bu tariximizin ən çətin dövrü deyil, amma dünya maliyyə bazarına çıxmaq baxımından xeyli ziyan edir”. Bundan başqa, Vladimir Putin ölkəsinin son 25 ildə ən böyük səhvinin ölkənin milli maraqlarını qoruya bilməməsi ilə bağlı olduğunu deyib.
“Bəli, səhv olubÖz milli maraqlarımız barədə danışmamışıq. Halbuki bunu vaxtından əvvəl etmək lazım idi. Onda bəlkə dünya daha bazar olardı”.

Vladimir Putin ölkəsinin ÜDM istehsalının bu il 3,8% azalmasını və inflyasiyanın 12,7-ə yüksəlməsini etiraf etsə də, gələcək perspektivdə ölkə iqtisadiyyatının stabilləşəcəyini deyib.

Onun fikrincə, neftin ucuzlaşmasının müsbət tərəfləri də var. “Neft baha olanda biz mövcud xərclərdə neft gəlirlərindən istifadə etməyə bilməzdik. Qeyri-neft sektorumuzdakı defisit çox təhlükəli həddə qədər artmışdı. İndi bunu azaltmalıyıq. Bu isə yaxşıdır”.

Onun fikrincə, Avropanın böhran içində olması NATO-nun “çarlıq” etmək istəyinə görə baş verir. “NATO çarlıq etmək istəyirdi. Taxta əyləşmək istəyirdilər. Sonra nə oldu? İndi biz böhran situasiyalarını müzakirə edirik”.

Sonda Putin Almaniya kansleri Angela Merkelin 2007-ci ildə Moskvada səfərdə olarkən Putinin Labrador cinsindən olan itindən qorxmasına reaksiya verib.

“Açığı bilmirdim ki, xanım Merkel itdən qorxur. Mən əksinə iti göstərməklə ona xoş münasibət göstərmək istəyirdim. Sonra mən onunla söhbət etdim və üzr istədim”.

Geri dön