Ana Sayfa > Xəbər > Erməni ailəsini güllələyən rus əsgərini 2 dəfə ömürlük həbs cəzası gözləyir
Erməni ailəsini güllələyən rus əsgərini 2 dəfə ömürlük həbs cəzası gözləyir9-04-2015, 12:51. Yazar: admin |
Rusiya İstintaq Komitəsi Gümrüdə 7 nəfərdən ibarət Avetisyanlar ailəsini güllələyən hərbçi Valeri Permyakova qarşı irəli sürülən ittihamları sərtləşdirib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ona qarşı irəli sürülən 4 cinayət maddəsindən 2-si ömürlük həbs cəzasını nəzərdə tutur. Rusiya mətbuatının məlumatına görə, “iki və daha artıq şəxsi qətlə yetirmək” maddəsinə, “aşkar vəziyyətdə köməksiz olan şəxsi qətlə yetirmək” maddəsi də əlavə olunub. Hər iki halda Permyakovun günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir. Bundan başqa, Permyakov Rusiya Cinayət Məcəlləsinin “qanunsuz olaraq silah gəzdirmək” və “fərarilik” maddələri ilə də ittiham olunur. 2015-ci il yanvarın 12-də Valeri Permyakov Rusiyaya məxsus 102-ci hərbi bazanın ərazisini tərk edərək Gümrü şəhərində Avetisyanlar ailəsinin evinə daxil olub. O, 6 aylıq körpə də daxil olmaqla 7 nəfəri qətlə yetirib. Geri dön |