Ana Sayfa > Xəbər > İŞİD üzvləri Mosulda müalicə etməkdən boyun qaçıran 10 həkimi güllələyiblər

İŞİD üzvləri Mosulda müalicə etməkdən boyun qaçıran 10 həkimi güllələyiblər


9-04-2015, 12:47. Yazar: admin
İŞİD üzvləri Mosulda müalicə etməkdən boyun qaçıran 10 həkimi güllələyiblər
"İslam Dövləti" (İŞİD) terror təşkilatının silahlıları İraqın Mosul şəhərinin cənubunda yerləşən Həmmam Əlil bölgəsində Təşkilat yaralılarının müalicəsindən imtina edən 10 həkimi güllələyiblər.

SalamNews-un "Sumaria" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Mosul şəhərindəki yerli mənbələr məlumat veriblər.

İŞİD-in cinayətləri bununla bitməyib; terrorçular iki gün əvvəl 2000 yaşı olan Mosul qalasının divarlarını partladıblar.

"Sumaria"nın digər məlumatına əsasən, Mosulda "Prezident qəsrləri" adlanan binalardan beşi partladılmaq üçün minalanıb.

Yeri gəlmişkən, İraqın vitse-prezidenti Usamə ən-Nuceyfi Neynəva əyaləti və onun inzibati mərkəzi olan Mosulun İŞİD-dən azad edilməyi ilə bağlı mühüm məlumatlar verib.

O deyib ki, hazırda Neynəvada İŞİD-in 5 min üzvü var. Onların bir qismi əcnəbidir.

İraq rəsmisi könüllü şiə briqadalarının bu əməliyyatda iştirak etməyəcəyini bildirib.

Geri dön