Ana Sayfa > Xəbər > XL 600 min borcunu ödəməsə… - Açıqlama
XL 600 min borcunu ödəməsə… - Açıqlama8-01-2016, 17:39. Yazar: admin |
Futbolçu şikayət etdiyi zaman FİFA ali futbol qurumu kimi həmişə onun yanında olub. Bunu Axar.az-a “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu kluba yeni sanksiya tətbiq olunacağı haqda danışarkən deyib. Cənub klubunun sözçüsü qeyd edib ki, “Xəzər Lənkəran” ən çox legioner xidmətindən istifadə edən komanda olub: “Bu mənada 50-60 futbolçudan bir neçəsinin şikayət etməsi və yaxud klubla futbolçu arasında anlaşmazlıq yaranması prosesi ortaya çıxır. Yanvarın sonuna qədər ödəməli olduğumuz cərimələr var. Ödənişlər nə qədər tez edilsə, o qədər yaxşıdır. Çünki məbləğin üstünə müəyyən faizlər gəlir”. H.Cəbrayıloğlu qeyd edib ki, bundan əlavə, FİFA İntizam Komitəsi də məsələni araşdırıb kluba sanksiya tətbiq edə bilər: “Borcların bir qismi gələn ay ərzində ödənməlidir, bir qismi sonrakı tarixlərdə. Bütün futbolçuların vəkilləri ilə sıx əlaqədəyik, ortada tam anlayış var. Hazırda klubun 600 min dollar borcu var”. Qeyd edək ki, klub sabiq bolqarıstanlı futbolçusu Qalin İvanova 250 min dollar ödəməlidir. Yanvarın sonuna qədər qeyd olunan məbləğ ünvanına çatmasa, klubun hesabından 6 xal silinə bilər. FİFA tərəfindən bir müddət əvvəl də “Xəzər Lənkəran”a sanksiya tətbiq olunmuşdu. Həmin sanksiyaya görə “ağ-yaşıllar” bu ilin yanvarına kimi yayda transfer etdikləri yeni futbolçuların heç birinin xidmətindən istifadə edə bilməyib. Geri dön |