Ana Sayfa > Xəbər > Gənclər hansı sahədə dəyişiklik istəyir? - SORĞU
Gənclər hansı sahədə dəyişiklik istəyir? - SORĞU8-01-2016, 16:36. Yazar: admin |
2016-cı ilə yenicə qədəm qoymuşuq, dünyanın “çalxalanması” bir də də güclənib: Neftin ucuzlaşması, maliyyə böhranı, ərzaq qıtlığı, lokal müharibələr, siyasi gərginliklər... Böyük dövlətlərin “oyunları” kiçik ölkələrə birbaşa və ya dolayı yollarla təsir göstərməkdədir. Dünyada cərəyan edən hadisələrin təsirini sözsüz ki, Azərbaycan da bu və digər şəkildə hiss edir. Eynilə vətəndaşlar da həmçinin... Azərbaycanın ictimai həyatında daim aktiv fəaliyyəti ilə seçilən gənclərin bugünkü cəmiyyətin avanqard qüvvəsi olaraq hadisələrə öz baxışı, öz düşüncəsi var. Maraqlıdır, onlar hansı sahələrdə dəyişiklik istəyirlər? Modern.az saytı bu suala cavab almaq üçün növbəti sorğuya start verir. Sorğumuzda iştirak etmək istəyən gənclərdən xahiş olunur ki, Modern.az-ın əsas səhifəsindəki cavablara baxıb onlardan birinə səs versin. Beləliklə: Gənclər hansı sahədə dəyişiklik istəyir? Cavablar: İqtisadi sahədə Sosial sahədə Siyasi sahədə Təhsil və elm sahəsində Səhiyyə sahəsində Mədəniyyət sahəsində Gənclər siyasəti sahəsində Hərbi sahədə Dini sahədə Əxlaq, davranış və mənəviyyat sahəsində P.S. Sorğu və səsvermə Modern.az-ın əsas səhifəsində yrləşdirilib. Geri dön |